Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə kəskin artıb

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə kəskin artıb
# 17 sentyabr 2021 18:13 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 9,7 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çoxdur.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ölkə ərazisində bu günədək 45 589 ədəd yeni nəsil NKA-lar quraşdırılıb.

NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR