Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 58,95 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (18 may 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 33,1% artıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.