Azərbaycandakı banklar İT təhlükəsizlik tədbirlərini vahid standartlara uyğunlaşdıracaq

Zakir Nuriyev

© APA | Zakir Nuriyev

# 29 noyabr 2021 10:29 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkədəki bankların informasiya təhlükəsizliyi tədbirlərinin güclündirilməsi üzrə müvafiq qaydalar hazırlanıb.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bütün banklar öz daxili sistemlərini bu təhlükəsizlik tədbirləri standartlarına uyğunlaşdırılmalı və AMB-yə müvafiq hesabatlar təqdim etməlidirlər.

"Bu istiqamətdə işlər görülür. Həm bu gün, həm də 8-9 dekabrda ABA müvafiq tədbirlər keçirəcək ki, orada da müzakirə predmetlərindən biri məhz banklarda kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu işlərin görülməsinə həsr olunacaq", - deyə Z. Nuriyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR