Azərbaycandakı banklar pandemiyanın əvvəlindən hərraclarda 8,3 mlrd. dollar cəlb edib - QRAFİK

Azərbaycandakı banklar pandemiyanın əvvəlindən hərraclarda 8,3 mlrd. dollar cəlb edib - QRAFİK
# 02 sentyabr 2021 12:19 (UTC +04:00)

Bu ilin avqust ayında valyuta hərraclarında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 512,3 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankı (AMB) və ARDNF-nin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici cari ilin iyul ayı ilə müqayisədə 11%, ötən ilin avqust ayı ilə müqayisədə isə 7,2% çoxdur.

Beləliklə, cari ilin yanvar-avqust aylarında Neft Fondu valyuta hərraclarında 3,74 mlrd. dollar satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,3% azdır.

COVID-19 pandemiyasının əvvəlindən (2020-ci ilin aprel ayı) banklar hərraclarda 8,272 mlrd. dollar vəsait cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR