Azərbaycandakı BOKT-ların xalis mənfəəti kəskin azalıb, cəmi aktivləri artıb

Azərbaycandakı BOKT-ların xalis mənfəəti kəskin azalıb, cəmi aktivləri artıb
# 21 oktyabr 2021 16:55 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 5,6 mln. manat xalis mənfəət, 19 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, illik müqayisədə BOKT-ların xalis mənfəəti 46,7%, əməliyyat mənfəəti isə 10,8% azalıb.

Hesabat dövründə sözügedən kredit təşkilatlarının xalis faiz gəliri 44,4 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 6,7% çoxdur.

Qeyd edək ki, 2021-ci ilin oktyabrın 1-nə ölkədəki BOKT-ların cəmi aktivləri 358,9 mln. manat, cəmi öhdəlikləri 208,9 mln. manat cəmi kapitalı isə 150 mln. manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə müvafiq olaraq 13,5%, 19,4% və 6,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR