Azərbaycandakı əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi açıqlanıb

Azərbaycandakı əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi açıqlanıb
# 31 may 2021 14:39 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 112,2 mln. manat təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,6% azalıb.

Cari ilin aprel ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 28,3 mln. manatlıq əməliyyat aparıblar ki, bu da mart ayı ilə müqayisədə 15,3% azdır.

Qeyd edək ki, bu yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR