Azərbaycandan yanvar-martda çıxarılan kapitalın həcmi açıqlanıb

Azərbaycandan yanvar-martda çıxarılan kapitalın həcmi açıqlanıb
# 14 iyun 2021 12:43 (UTC +04:00)

2021-ci ilin I rübündə Azərbaycanda kapitalın repatriasiyasının (ölkədən çıxarılan kapital) həcmi 1 277,9 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics" Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 29,1% artıb.

Qeyd edək ki, tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-28,5 mln. dollar) azalması cəlb olunmuş investisiya ilə (1 249,4 mln. dollar) kapitalın repatriasiyası arasındakı fərqdən formalaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR