Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu 24% artıb

Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu 24% artıb
# 17 iyul 2021 10:44 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 5 550 301,55 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 740 347,01 min dollar və ya 15,4% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə illik ifadədə ixracın həcmi 18,5% çoxalaraq 4 479 388,32 min dollar, idxalın həcmi isə 4% artaraq 1 070 913,23 min dollar təşkil edib.

Cari ilin ilk yarısında 3 408 475,09 min dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 660 min dollar və ya 24% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR