Azərbaycanın Aİ ölkələrinə ixracı kəskin artıb

Azərbaycanın Aİ ölkələrinə ixracı kəskin artıb
# 18 oktyabr 2021 10:49 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 9,626 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 38,4% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın Aİ-yə ixracı 8,008 mlrd. dollar, idxalı isə 1,618 mlrd. dollar təşkil edib. İllik müqayisədə ixrac 56,8% artıb, idxal isə 12,4% azalıb.

Nəticədə, cari ilin doqquz ayında Azərbaycanın Aİ ilə 6,390 mlrd. dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu da illik müqayisədə 96% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR