Azərbaycanın bank sektorunun aktivləri ilin əvvəlindən 9% artıb

Azərbaycanın bank sektorunun aktivləri ilin əvvəlindən 9% artıb
# 23 noyabr 2021 12:17 (UTC +04:00)

Azərbaycanda 31 oktyabr tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 34 963,6 mln. manat, cəmi öhdəlikləri 30 028,8 mln. manat, balans kapitalı isə 4 934,8 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, illin əvvəli ilə müqayisədə aktivlər 9,1%, cəmi öhdəliklər 9,8%, balans kapitalı isə 5% artıb.

Aylıq müqayisədə isə cəmi aktivlər , cəmi öhdəliklər və cəmi kapitalı isə hər biri 1,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR