Azərbaycanın bank sektorunun cəmi aktivləri 5% artıb

Azərbaycanın bank sektorunun cəmi aktivləri 5% artıb
# 27 may 2021 14:42 (UTC +04:00)

Azərbaycanın bank sektorunun cəmi aktivləri 2021-ci ilin mayın 1-nə 32 796,70 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,9% çoxdur.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Cəmi aktivlərin həcmi illik müqayisədə 4,9% artıb.

Mayın 1-nə bank sektorunun cəmi öhdəlikləri 28 065,6 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,4%, illik müqayisədə isə 5,1% artıb.

Məlumata əsasən, 2021-ci ilin mayın 1-nə bank sektorunun cəmi kapitalı 4 731,1 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,4% azalıb, ötən ilin eyni vaxtı ilə müqayisədə isə 3,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR