Azərbaycanın bank sektorunun cəmi aktivləri 8% artıb

Azərbaycanın bank sektorunun cəmi aktivləri 8% artıb
# 24 iyun 2021 15:18 (UTC +04:00)

Bu ilin iyunun 1-nə Azərbaycanın bank sektorunun cəmi aktivləri 33 810,7 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 3,1% çoxdur.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Cəmi aktivlərin həcmi illik müqayisədə 8,2% artıb.

İyunun 1-nə bank sektorunun cəmi öhdəlikləri 29 058,2 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 3,5%, illik müqayisədə isə 8,8% çoxdur.

Məlumata əsasən, 2021-ci ilin iyunun 1-nə bank sektorunun cəmi kapitalı 4 752,5 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,5%, ötən ilin eyni vaxtı ilə müqayisədə isə 4,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR