Azərbaycanın bank sektorunun xalis mənfəəti 1,5% azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 1,5% azalıb
# 23 iyul 2021 13:19 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı banklar 366,3 mln. manat xalis mənfəət əldə ediblər.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% azalıb.

Bank sektorunun əməliyyat mənfəəti isə 502,4 mln. manat mln. manat təşkil edib ki, bu da illik müqayisədə 16,7% çoxdur.

Qeyd edək ki, ilin ilk yarısında ölkədəki bankların xalis faiz gəliri 730,7 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 7,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR