Azərbaycanın bank sektorunun xalis mənfəəti 25% artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 25% artıb
# 27 may 2021 14:33 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı banklar 194,7 mln. manat xalis mənfəət əldə ediblər.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni ayları ilə müqayisədə 24,7% çoxdur. Bank sektorunun əməliyyat mənfəəti isə 301,6 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 7,1% çoxdur.

Qeyd edək ki, ölkədəki bankların xalis faiz gəliri 476,2 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR