Azərbaycanın cari əməliyyatlar hesabı yanvar-martda ÜDM-in 5,6%-nə bərabər olub

Azərbaycanın cari əməliyyatlar hesabı yanvar-martda ÜDM-in 5,6%-nə bərabər olub
# 14 iyun 2021 12:36 (UTC +04:00)

2021-ci ilin I rübündə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 627,7 mln. ABŞ dolları və ya ÜDM-in 5,6%-ni təşkil edib.

"APA-Economics" Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 19,9% azalaraq 1,9 mlrd. dollar, qeyri-neft sektoru üzrə isə həmin göstəricinin kəsiri isə 26,1% azalaraq 1.3 mlrd. dollar məbləğində olub.

Qeyd edək ki, 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. dollar və ya ÜDM-in 0,5%-ni təşkil edib. (2019-cu ildə 4.4 mlrd. dollar profisit olmuşdu).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR