Azərbaycanın cari əməliyyatlar hesabında ÜDM-nin 8%-dək qalıq yaranıb

Azərbaycanın cari əməliyyatlar hesabında ÜDM-nin 8%-dək qalıq yaranıb
# 14 sentyabr 2021 11:20 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 1 878,4 mln. ABŞ dolları və ya ÜDM-nin 8%-ni təşkil edib.

"APA-Economics"in Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 40,7% artaraq 4,6 mlrd. dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabı kəsiri isə 1,8% artaraq 2,7 mlrd. dollar məbləğində olub.

Qeyd edək ki, 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. dollar və ya ÜDM-nin 0,5%-ni təşkil edib. (2019-cu ildə 4,4 mlrd. dollar profisit olub).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR