Azərbaycanın Çindən idxalı 5% artıb

Azərbaycanın Çindən idxalı 5% artıb
# 17 iyul 2021 17:26 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 822 238,81 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni ayları ilə müqayisədə 87 676,1 min dollar və ya 9,6% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu ilin ilk yarısında Azərbaycandan Minə həyata keçirilən ixracın həcmi 121 696,99 min dollar və ya iki dəfəyə yaxın azalaraq 124 785,33 min dollar, idxalın həcmi isə 34 020,89 min dollar və ya 5,1% artaraq 697 453,48 min dollar təşkil edib.

Nəticədə, hesabat dövründə 572 668,15 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu da illik ifadədə 155 717,88 min dollar və ya 37,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR