Azərbaycanın daxili dövlət borclanması ötən il 288 mln. manat təşkil edib

Azərbaycanın daxili dövlət borclanması ötən il 288 mln. manat təşkil edib
# 24 may 2021 17:00 (UTC +04:00)

Azərbaycanda 2020-ci ildə yerləşdirilmiş dövlət istiqrazları və istiqrazlar üzrə qaytarılmış əsas vəsaiti nəzərə almaqla, Azərbaycanın yeni daxili dövlət borclanması 288,4 mln. manat təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində əksini tapıb.

Qeyd olunub ki, bu, ölkənin daxili dövlət borclanması limitinin (400 mln. manat) 72,1%-ni təşkil edib.

Qeyd edək ki, 2020-ci il ərzində daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları üzrə dövlət büdcəsinə 993,2 mln. manat vəsait daxil olub. Sözügedən istiqrazlar əsasən kommersiya bankları, sığorta şirkətləri və bir sıra hüquqi şəxslər tərəfindən alınıb.

Xatırladaq ki, 2020-ci il üçün xarici dövlət borclanmasının limiti 1 mlrd. manat qoyulmuşdu və ötən il Azərbaycan yalnız Dünya Bankından 150 mln. dollarlıq (255 mln. manat) kredit götürüb. Bank ölkəyə 5 mart tarixində ölkədə məşğulluğun dəstəklənməsi layihəsinə 100 mln. ABŞ dolları, 26 mart isə “Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsinə əlavə 50 mln. dollar həcmində kreditin verilməsini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR