Azərbaycanın dövlət büdcəsinə bu il özəlləşdirmədən 58 mln. manat daxil olub

Azərbaycanın dövlət büdcəsinə bu il özəlləşdirmədən 58 mln. manat daxil olub
# 29 oktyabr 2021 15:36 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 47 hərrac keçirilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hərraclarda 192 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 15-i səhmdar cəmiyyətlərinin səhm paketi, 30-u kiçik dövlət müəssisəsi, 2-si yarımçıq tikili və 145-i nəqliyyat vasitəsidir. Hesabat dövründə investisiya müsabiqəsi vasitəsi ilə 2 dövlət əmlakı özəlləşdirilib.

Cari ilin 9 ayı ərzində hərraca çıxarılan dövlət əmlakı üzrə 55 elektron sifariş qəbul edilib, “Elektron hərrac” xidməti vasitəsilə 29 onlayn qoşulma baş tutub.

Hesabat dövründə 496 qeyri-yaşayış sahəsi, 699 müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi icarəyə verilib, 282 icarə müqaviləsinin müddəti uzadılıb.

Bu ilin yanvar-sentyabr aylarında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 58,02 mln. manat təşkil edib və 9 aylıq proqnoz 78,1% icra edilib.

Dövlət əmlakının icarəsindən isə büdcəyə 11,6 mln. manat ödənilib və illik proqnoza 105,7% əməl olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə icarədən dövlət büdcəsinə daxilolmaların həcmi 43,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR