Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 16%-dək artıb 

Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 16%-dək artıb 
# 12 noyabr 2021 17:19 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 362,4 mln. milyon manat vergi daxil olub, proqnoza 122,4% əməl edilib.

DVX-dən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 15,8% və ya 1 mlrd. manatdan çox artıb.

Cari ilin 10 ayında qeyri-neft sektorundan daxilolmalar 5 379,6 mln. manat olub, proqnoza 115,9% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 736,5 mln. manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 12,9% və ya 616,5 mln. manat artıb.

Qeyri-neft sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,4% artaraq 4,88 milyard 88,6 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 788,8 mln. manat olmaqla proqnoz 114,6% icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 8,3% artıb.

Ödənilmiş vergilərin 73,1%-i qeyri-neft sektorunun, 26,9%-i isə neft-qaz sektorunun payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR