Azərbaycanın icmal büdcəsinin neftin qiymətinə qarşı həssaslığı açıqlanıb - QRAFİK

Azərbaycanın icmal büdcəsinin neftin qiymətinə qarşı həssaslığı açıqlanıb - QRAFİK
# 05 noyabr 2021 17:01 (UTC +04:00)

2022-ci ilin Azərbaycanın icmal büdcəsinin gəlirləri 27,677 mlrd. manat, xərcləri isə 32,906 mlrd. manat səviyyəsində nəzərəd tutulur.

"APA-Economics"in məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Nəticədə, icmal büdcənin kəsiri 5,229 mlrd. manat və ya proqnozlaşdırlan ÜDM-in 6%-inə bərabər olacağı güman edilir. Kəsir 2021-ci ilin gözlənilən göstəricisindən 28,7%, kəsirin ÜDM-dəki payı isə 2,9 faiz bəndi azdır.

Qeyd edilir ki, icmal büdcəsində Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertləri 12,710 mlrd. manat təşkil edir və beləliklə neft qiymətlərinin azalması Fondun gəlirlərini azaltmağla aktivlərinin daha sürətli tükənməsinə gətirib çıxara bilər.

Dövlət büdcəsində ortamüddətli dövr üzrə büdcə parametrlərinin hesablanması zamanı neftin bir barelinin ortaillik qiymətib beynəlxalq maliyyə institutlarının və agentliklərinin proqnozlarından aşağı götürülməsi neftin qiyməti ilə bağlı risklərin qarşılanmasına xidmət edir.

Lakin hesablamalara görə, neftin qiyməti cəmi 5 dollar enməsi icmal büdcənin gəlirlərinin 1,4 mlrd. manat azalmasına gətirib çıxara bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR