Azərbaycanın istehlak bazarı 1,3% azalıb

Azərbaycanın istehlak bazarı 1,3% azalıb
# 19 may 2021 17:10 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 14,6 mlrd. manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,3% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 1,6% azalaraq 14 mlrd. manata bərabər olub, onun 47%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 365,5 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 7,6 manat çox vəsait xərcləyib.

İstehlak bazarı üzrə əsas göstəricilər:

2021-ci ilin yanvar-aprel ayları, mln. manatla

2021-ci ilin yanvar-aprel ayları 2020-ci ilin yanvar-aprel aylarına nisbətən, %

İstehlak bazarında satılan məhsulların və göstərilən xidmətlərin ümumi dəyəri

14 629,5

98,7

o cümlədən: dövlət mülkiyyəti üzrə

591,7

105,3

qeyri-dövlət mülkiyyəti üzrə

14 037,8

98,4

ondan: fərdi sahibkarlar üzrə

6 602,3

99,9

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR