Azərbaycanın istehlak bazarı 1,7% artıb

Azərbaycanın istehlak bazarı 1,7% artıb
# 15 iyul 2021 10:06 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılan malların və göstərilən xidmətlərin dəyəri 23,3 mlrd. manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,7% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan malların və göstərilən xidmətlərin dəyəri 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 1,4% artaraq 22,4 mlrd. manata bərabər olub, onun 48%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

2021-ci ilin birinci yarısında bir istehlakçı orta hesabla ayda 387,7 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 20,2 manat çox vəsait xərcləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR