Azərbaycanın könüllü tibbi sığorta bazarı 2%-dək kiçilib

Azərbaycanın könüllü tibbi sığorta bazarı 2%-dək kiçilib
# 28 avqust 2021 11:38 (UTC +04:00)

2021-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 72,908 mln. manat sığorta haqqı toplanıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 1,8% azalıb.

Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 37,807 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% azdır.

Qeyd edək ki, ümumi könüllü sığorta növləri üzrə yanvar-iyul aylarında yığımlar 364,792 mln. manat, ödənişlər isə 228,184 mln. manat təşkil edib. Bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12,1% və 21,4% çoxdur.

Xatırladaq ki, 2021-ci Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 528,258 mln. manat məbləğində sığorta haqqı toplanılıb və 301,179 mln. manat ödəniş olunub. Bu, illik müqayisədə müvafiq olaraq 11,8% və 32,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR