2021-ci ilin I rübündə Azərbaycanın xalis maliyyə aktivləri 524,4 ABŞ dolları artıb ki, bu da xaricə yönəldilmiş birbaşa investisiyalar (106,2 mln. dollar), portfel investisiyaları (76,2 mln. dollar) və digər investisiyalar (342 mln. dollar) hesabına formalaşıb.
"APA-Economics" Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 538,8 mln. dollar artıb, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (121,3 mln. dollar), neft bonusu (450,5 mln. dollar), portfel investisiyaları (-1,1 mln. dollar) və digər investisiyalar (-31,9 mln. mln. dollar) hesabına formalaşıb.