Azərbaycanın MDB ölkələri ilə mənfi ticarət saldosu 18%-dək azalıb

Azərbaycanın MDB ölkələri ilə mənfi ticarət saldosu 18%-dək azalıb
# 17 iyul 2021 16:45 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% artaraq 2,102 mlrd. ABŞ dollarına çatıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu müddət ərzində ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13,5% artaraq 807 mln. dollara yaxın olub, idxal isə 0,5% azalaraq 1,295 mlrd. dollar təşkil edib.

Nəticədə, cari ilin ilk yarısında 488 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 17,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR