Azərbaycanın mobil rabitə sektorunun gəlirləri 1,4% artıb

Azərbaycanın mobil rabitə sektorunun gəlirləri 1,4% artıb
# 16 may 2021 12:26 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 300,9 mln. manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42%-ni təşkil edib.

"Cari ilin ilk dörd ayında informasiya və rabitə müəssisələri tərəfindən 716,2 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 75,2%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 3,8% artıb", - komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR