Azərbaycanın mobil rabitə sektorunun gəlirləri 6%-dək artıb

Azərbaycanın mobil rabitə sektorunun gəlirləri 6%-dək artıb
# 13 iyul 2021 15:43 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 463 mln. manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,1%-ni təşkil edib.

"Cari ilin birinci yarısında informasiya və rabitə müəssisələri tərəfindən 1100,2 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 74,5%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 5,5% artıb", - komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR