Azərbaycanın mobil rabitə sektorunun gəlirləri 7%-dən çox artıb

Azərbaycanın mobil rabitə sektorunun gəlirləri 7%-dən çox artıb
# 13 sentyabr 2021 10:04 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 638,1 mln. manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,5%-ni təşkil edib.

"Cari ilin ilk səkkiz ayında informasiya və rabitə müəssisələri tərəfindən 1499,8 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 74,9%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 6,1% artıb", - komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR