Azərbaycanın müsbət ticarət saldosu 8% artıb

Azərbaycanın müsbət ticarət saldosu 8% artıb
# 16 iyun 2021 10:09 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni ayları ilə müqayisədə 6,1% artaraq 11 820 174 min ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk beş ayında Azərbaycan xarici ölkələrə 7 427 289,99 min dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 4 392 884,02 min dollar olub. Nəticədə, 3 034 406 min dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayları ilə müqayisədə 2021-ci ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 8,1% artıb, ixrac və idxal isə müvafiq olaraq 6,5% və 5,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR