Azərbaycanın neft-qaz sektoruna bu il 4,4 mlrd. manatdan çox vəsait yönəldilib

Azərbaycanın neft-qaz sektoruna bu il 4,4 mlrd. manatdan çox vəsait yönəldilib
# 15 noyabr 2021 18:49 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 568,5 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5% az vəsait yönəldilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə,

Hesabat dövründə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2%, qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 13,1% azalıb. Ümumi sərmayənin 6 999,6 mln. manatı və ya 66,2%-i məhsul istehsalı sahələrinin, 2 757,8 mln. manatı (26,1%-i) xidmət sahələrinin, 811,1 mln. manatı (7,7%-i) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 41,8%-i dövlət, 58,2%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Sərmayə qoyuluşunun 66,5%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 66,4%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların vəsaitləri 5 821,1 mln. manat, büdcə vəsaitləri 2 554,0 mln. manat, bank kreditləri 645 mln. manat, əhalinin şəxsi vəsaitləri 768,3 mln. manat, sair vəsaitlər 780,1 mln. manat təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4 428,1 mln. manatlıq vəsait yönəldilib. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 6 140,4 mln. manatlıq vəsaitin 1 116,5 mln. manatı (ümumi sərmayənin 10,6%-i) qeyri-neft sənayesi sektorunda istifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR