Azərbaycanın paytaxtı və rayonları arasında kreditləşmədə əhəmiyyətli disbalans yaranıb

Azərbaycanın paytaxtı və rayonları arasında kreditləşmədə əhəmiyyətli disbalans yaranıb
# 23 noyabr 2021 13:19 (UTC +04:00)

Azərbaycandakı bankların 15,538 mlrd. manatlıq kredit portfelinin 12,104 mlrd. manatı və ya 78%-i Bakı şəhərinin payına düşür.

"APA-Economics" xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu, o deməkdir ki, hər 100 manatlıq kreditin cəmi 22%-i Bakıdan kənarda yerləşən rayon və şəhərlərimizin payına düşür.

Millət vəkili balanssızlığın aradan qaldırılması üçün hansı stimullaşdırıcı tədbirlər həyata keçirmək niyyətində olduğu ilə bağlı Mərkəzi Banka sual ünvanlayıb.

O həmçinin 2017-ci ildən etibarən manatın məzənnəsinin stabil qalması pozitiv hal hesab etsə də, lakin Mərkəzi Bank tərəfindən ötən müddətdə manatın alıcılıq qabiliyyətinin necə dəyişdiyinin qiymətləndirilməsi və büdcə proqnozlaşdırılmasında nəzərə alındığı ilə maraqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR