Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların həcmi 38% artıb

Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların həcmi 38% artıb
# 14 sentyabr 2021 12:29 (UTC +04:00)

Bu ilin ilk yarısında Azərbaycana xaricdən 2 635,7 mln. ABŞ dolları həcmində birbaşa investisiyalar cəlb olunub.

"APA-Economics"in Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% çoxdur.

Qeyd edək ki, təkcə qeyri-neft sektoruna 453,7 mln dollar həcmində birbaşa xarici investisiyalar yönəlib ki, bu da illik müqayisədə 38,1% çoxdur. Qeyri-neft sektorunun cəmi xarici birbaşa investisiyalardakı payı 17,2% təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz bəndi çoxdur.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanın neft sektoru xaricdən 2,182 mlrd. dollarlıq (cəmi xarici birbaşa investisiyaların 82,8%-i) birbaşa investisiya cəlb edib. Bu, illik müqayisədə 22,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR