Azərbaycanın qeyri-neft ÜDM-i 6,2% artıb

Azərbaycanın qeyri-neft ÜDM-i 6,2% artıb
# 15 oktyabr 2021 11:13 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ÜDM-in artım tempi 6,2% təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft-qaz ÜDM-i isə 1,4% artıb.

Beləliklə, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkədə 62,877 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8% çox ümumi daxili məhsul istehsal olunub.

Qeyd edək ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş hesabatında bu il Azərbaycanda qeyri-neft ÜDM-in istehsalının 7,1% səviyyəsində artacağı gözlənildiyi bildirilir. Artımın əsas drayverləri xidmət sektorunun aktivləşməsi, kənd təsərrüfatı və qeyri-enerji istehsalında güclü böyümə olacaq.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-i 2,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR