Azərbaycanın qeyri-neft ÜDM-i bu il 4,5% artacaq - PROQNOZ

Azərbaycanın qeyri-neft ÜDM-i bu il 4,5% artacaq - PROQNOZ
# 19 oktyabr 2021 14:10 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın qeyri-neft ÜDM-i 4,5% artacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının oktyabr buraxılışında deyilir. 2022-ci ildə qeyri-neft ÜDM-in 3,5% artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş hesabatında bu il Azərbaycanda qeyri-neft ÜDM-in istehsalının 7,1% səviyyəsində artacağı gözlənildiyi bildirilir. Artımın əsas drayverləri xidmət sektorunun aktivləşməsi, kənd təsərrüfatı və qeyri-enerji istehsalında güclü böyümə olacaq. Bu ilin yanvar-sentyabr aylarında qeyri-neft ÜDM-in artım tempi artıq 6,2% çatıb.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-i 2,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR