Azərbaycanın qızıl ixracından gəlirləri artıb

Azərbaycanın qızıl ixracından gəlirləri artıb
# 29 oktyabr 2021 11:14 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 158,2 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 5,5% çoxdur.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2020-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 150 mln. dollar təşkil edib.

Məlumata görə, sentyabr ayında isə Azərbaycan 18,1 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 29,8% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR