Azərbaycanın rabitə sektoru 2023-2025-ci illərdə ortalama 12% böyüyəcək

Azərbaycanın rabitə sektoru 2023-2025-ci illərdə ortalama 12% böyüyəcək
# 05 noyabr 2021 13:24 (UTC +04:00)

Azərbaycanın rabitə və informasiya sektorunda 2022-ci ildə ortaillik artım tempinin 9,5%, sonrakı üç ildə isə 12% ətrafında olacağı proqnozlaşdırılır.

"APA-Economics" məlumatına görə, bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.

Sahə üzrə 2023-cü ildə bu göstəricinin 10%, 2024-cü ildə – 12,3%, 2025-ci ildə isə 13,3% olacağı proqnozlaşdırılır.

Gələn il rabitə və informasiya sektorunun gəlirləri 2 606,5 mln. manat təşkil edəcəyi gözlənilir. Bu göstərici 2023-cü ildə 2 865,9 mln. manat, 2024-cü ildə – 3 219,2 mln. manat, 2025-ci ildə isə 3 648,9 mln. manata çatacağı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR