Azərbaycanın sığorta bazarının böyümə tempi 12%-dək artıb

Azərbaycanın sığorta bazarının böyümə tempi 12%-dək artıb
# 27 avqust 2021 12:36 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin xətti ilə 528,258 mln. manat məbləğində sığorta haqqı toplanılıb.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11,8% çoxdur.

Hesabat dövründə şirkətlər tərəfindən ödənilən sığorta haqlarının həcmi isə illik ifadədə 32,6% artaraq 301,179 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR