Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının icrasına 20 mlrd. manatadək vəsait tələb olunur

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının icrasına 20 mlrd. manatadək vəsait tələb olunur
# 10 noyabr 2021 15:05 (UTC +04:00)

Azərbaycanın 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri artıq formalaşdırılıb.

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, məsləhət prosesində konsatlinq şirkətləri, yüksək səviyyəli yerli və beynəlxalq ekspertlər iştirak edib.

"Demək olar ki, bütün dövlət orqanlarının cəlb edildiyi bu prosesdə ölkə iqtisadiyyatının bütün fəaliyyət istiqamətlərində strateji hədəflər, bu hədəflərə çatmaq üçün həyata keçiriləcək başlıca islahatlar və tədbirlər müəyyən olunub", nazir bildirib.

M. Cabbarov qeyd edib ki, işğaldan azal olan ərazilərin maliyyələşməsi istisna olmaqla, strategiyanın reallaşması üçün tələb olunan vəsaitin ümumi həcmi 20 mlrd. manata yaxındır və bunun da 10,8 mlrd. manatı dövlət büdcəsinin üzərinə düşür.

Nazir əlavə edib ki, sözügedən strategiya layihəsinin uğurla həyata keçirildiyi təqdirdə, ölkədə 2022-2026-cı illərdə ÜDM-in ortaillik artım tempinin 3,9%, qeyri-neft ÜDM-in isə 5% səviyyəsində formalaşacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR