Azərbaycanın strateji valyuta ehtiyatları 53,2 mlrd. dollara çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 53,2 mlrd. dollara çatıb
# 17 sentyabr 2021 18:04 (UTC +04:00)

Azərbaycanın strateji valyuta ehtiyatları 8 ayda 4,8% (2,4 mlrd. ABŞ dolları) artaraq 53,2 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlib.

"APA-Economics"in Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10,6% artaraq 7 mlrd. ABŞ dollarını üstələyib.

Qeyd edilir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR