Azərbaycanın tədiyə balansında ÜDM-in 2,9%-i qədər profisit yaranıb

Azərbaycanın tədiyə balansında ÜDM-in 2,9%-i qədər profisit yaranıb
# 14 iyun 2021 12:29 (UTC +04:00)

2021-ci ilin I rübündə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası, qeyri-neft ixracının genişlənməsi, həmçinin kapital və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənib.

"APA-Economics" Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, cari əməliyyatlar balansında 627,7 mln. dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 15 mln. dollar profisit yaranıb. Ehtiyat aktivləri isə 325,9 mln. dollar artıb.

Beləliklə, 2021-ci ilin I rübündə Azərbaycanın tədiyə balansının ümumi saldosunda 325,9 mln. dollarlıq profisit (ÜDM-in 2,9%-i) yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR