Azərbaycanın tədiyə balansında ÜDM-nin 5,4%-dək profisit yaranıb

Azərbaycanın tədiyə balansında ÜDM-nin 5,4%-dək profisit yaranıb
# 14 sentyabr 2021 11:15 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının genişlənməsindən təsirlənib.

"APA-Economics"in Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, cari əməliyyatlar balansında 1,878 mlrd. dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 0,58 mlrd. dollarlıq kəsir yaranıb.

Beləliklə, 2021-ci ilin ilk yarısında Azərbaycanın tədiyə balansının ümumi saldosunda 1 261,3 mln. dollarlıq profisit (ÜDM-in 5,4%-i) yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR