Azərbaycanın Türkiyə ilə müsbət ticarət saldosu iki dəfə azalıb

Azərbaycanın Türkiyə ilə müsbət ticarət saldosu iki dəfə azalıb
# 01 dekabr 2021 17:35 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 3,498 mlrd. ABŞ dollar təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 2,6% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 2,010 mlrd. dollar, idxal isə 1,488 mlrd. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 13,4% azalıb, idxal isə 17% artıb.

Nəticədə, 2021-ci ilin yanvar-oktyabr aylarında 526,186 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2 dəfə azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR