Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 5,2% artıb

Azərbaycan və Türkiyə bayraqları

© APA | Azərbaycan və Türkiyə bayraqları

# 19 may 2021 16:14 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 1,594 mlrd. ABŞ dollar təşkil edib ki, bu da illik müqayisədə 5,2% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 1,057 mlrd. dollar təşkil edib ki, bu da illik ifadədə 4,4% çoxdur. İdxalın həcmi isə 537,569 mln. dollara bərabər olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur.

Nəticədə, 2021-ci ilin yanvar-aprel aylarında 519,359 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2% çoxdur.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR