Azərbaycanın xidmət sektorunda real ÜDM istehsalı 5% artıb

Azərbaycanın xidmət sektorunda real ÜDM istehsalı 5% artıb
# 06 oktyabr 2021 14:25 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xidmət sektorunda 5,147 mlrd. manat həcmində real ÜDM (2005-ci ilin qiymətləri ilə) istehsal olunub ki, bu da illik müqayisədə 4,9% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, təkcə cari ilin II rübündə xidmət sektoru 2,826 mlrd. manatlıq real ÜDM-ə töhfə verib ki, bu da I rüblə müqayisədə 21,8% çoxdur. Hesabat dövründə xidmət sektorunun real ÜDM-də payı isə 42,1% təşkil edib.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə bu gün dərc olunmuş yenilənmiş hesabatında qeyd olunub ki, bu il Azərbaycanda xidmət sektoru real ifadədə 9%, 2022-ci ildə 6,2%, 2023-cü ildə isə 5% artacaq.

Xatırladaq ki, 2020-ci ildə xidmət sektorunda 11,465 mlrd. manatlıq ÜDM istehsal olunub, bu da illik müqayisədə 4,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR