Bakıda ticarət dövriyyəsi yanvar-iyulda 3,6% artıb

Bakıda ticarət dövriyyəsi yanvar-iyulda 3,6% artıb
# 24 avqust 2021 12:02 (UTC +04:00)

2021-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 12,727 mlrd. manat təşkil edib.

"APA-Economics"in Bakı şəhər Statistika İdarəsinin məlumatlarına istinadən verdiyi məlumata görə, bu illik müqayisədə 3,6% çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artaraq 6,386 mlrd. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,5% artaraq 6,341 mlrd. manata bərabər olub.

Qeyd edək ki, istehlak məhsullarının 36,8%-i hüquqi şəxs statuslu müəssisələrdə, 41,6%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR