​​​​​​​Bank sektorunun kredit portfeli bu il 7,4% artıb, depozitlərin de-dollarlaşması davam edir

​​​​​​​Bank sektorunun kredit portfeli bu il 7,4% artıb, depozitlərin de-dollarlaşması davam edir
# 17 sentyabr 2021 18:11 (UTC +04:00)

İqtisadi aktivliyin və istehlak nikbinliyinin yüksəlməsi kreditlərə olan tələbi artırır. Bank sisteminin kredit portfeli avqust ayında 1,6%, ümumilikdə 8 ayda isə 7,4% artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında deyilir.

Məlumata görə, istehlak kreditləri 12,9%, ipoteka kreditləri 12,2% artıb.

AMB qeyd edir ki, de-dollarlaşma meylləri davam edir. Avqustda dollarlaşma fiziki şəxslərin depozitləri üzrə 44,7%-ə, kredit portfeli üzrə isə 26,8%-ə enib.

Xatırladaq ki, 2021-ci ilin avqustun 1-nə Azərbaycanın bank sektorunda kredit qoyuluşlarının həcmi 14 966,5 mln. manat təşkil edib. Yerləşdirilmiş depozitlərin həcmi isə 24,927 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 10,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR