"Bank Standard"ın 29 mln. manatlıq daşınmaz əmlakı hərraca çıxarılır

"Bank Standard"ın 29 mln. manatlıq daşınmaz əmlakı hərraca çıxarılır
# 08 dekabr 2021 11:52 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "Bank Standard" QSC-nin daşınmaz əmlakı açıq hərrac yolu ilə satışa çıxarılacaq.

Bu barədə "APA-Economics"ə Əmanətlərin Sığortalanması Fondundan bildirilib.

"22 dekabr 2021-ci il tarixində saat 11:00-da Bakı Hərrac Mərkəzində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan KB "Bank Standard" QSC-nin daşınmaz əmlakı açıq hərrac yolu ilə satışa çıxarılacaq", - Fonddan bildirilib.

Qeyd olunub ki, Bakı şəhəri, Nəsimi rayonu, 211-ci məhəllə, Səməd Vurğun küçəsi 18A ünvanında yerləşən ümumi sahəsi 9 241,5 kv. metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 29 mln. manatdır.

Hərrac Bakı şəhəhəri, Yasamal rayonu, məhəllə 593, Ə. Salamzadə küç., 2C (3-cü mərtəbə) ünvanında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR