Banklar bugünkü valyuta hərracında 51 mln. dollar cəlb edib

Banklar bugünkü valyuta hərracında 51 mln. dollar cəlb edib
# 21 oktyabr 2021 12:41 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 50,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (19 oktyabr 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 15,7% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR