Banklar bugünkü valyuta hərracında 70 mln. dollar cəlb edib

Banklar bugünkü valyuta hərracında 70 mln. dollar cəlb edib
# 02 sentyabr 2021 12:53 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 69,6 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (31 avqust 2021-ci il tarixində keçirilib - red.) müqayisədə 8,8% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR